Ankarada İŞİD-in "informasiya naziri" saxlanılıb


Dünya 04 Fev 2018 13:01:36 306 0

Ankarada İŞİD-in "informasiya naziri" saxlanılıb

Terrorçu Ömər Yetek qruplaşmada KİV sahəsinə cavabdeh şəxs olub

Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror qruplaşmasının "informasiya naziri"ni yaxalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Haber Turk" telekanalı məlumat yayıb.

Əməliyyat Ankara Təhlükəsizlik İdarəsinin anti-terror bölməsi tərəfindən aparılıb. Məlumata görə, saxlanılan terrorçu Ömər Yetek qruplaşmada KİV sahəsinə cavabdeh şəxs olub.