Azərbaycanlı iş adamı insan sümükləri üzərində əyləncə mərkəzi tikir FOTO


Dünya 04 Fev 2018 12:53:18 286 0

Azərbaycanlı iş adamı insan sümükləri üzərində əyləncə mərkəzi tikir  FOTO

Rusiyanın Sankt-Peterburq şəhər Dumasının üzvü Boris Vişnevski qubernator Georgi Poltavçenkoya müraciət edərək azərbaycanlı biznesmen, "Konrad" şirkətlər qrupunun sahibi, milyarder Vaqif Məmişovun mühasirə qurbanlarının dəfn edildiyi məzarlığın ərazisində tikinti aparmasını dayandırmağa çağırıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, Vaqif Məmişovun "Likostroy" adlı şirkəti "Sputnik" kinoteatrının yerində ticarət-əyləncə mərkəzi inşa edir. Deputat tikinti sahəsinə baxış keçirib və bildirir ki, ərazi keçmiş kinoteatrın yerindən çoxdan kənara çıxıb və Farforovsk məzarlığının ərazisinə keçib. Həmin məzarlıqda İkinci dünya müharibəsində Leninqradın alman qoşunları tərəfindən  mühasirəsi zamanı həlak olanların dəfn olunduğu aşkarlanmışdı.