Moskvada pis hava şəraiti səbəbindən bir nəfər ölüb


Dünya 04 Fev 2018 12:41:24 274 0

Moskvada pis hava şəraiti səbəbindən bir nəfər ölüb

Yaxın vaxtlarda havanın düzələcəyi gözlənilmir

Moskvada pis hava şəraiti səbəbindən 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin öz "VKontakte" səhifəsində yazıb.

"Təəssüf ki, dünənki təbii fəlakət qurbansız ötüşmədi. Ağacın və elektrikötürücü xəttin qırılması nəticəsində bir nəfər ölüb. Daha iki nəfər xəsarət alıb", - deyə Sobyanin yazıb.

Merin məlumatına görə, şəhərdə artıq 360 ağac aşıb. Şəhər rəisi bildirib ki, yaxın vaxtlarda Moskvada havanın yaxşılaşacağı gözlənilmir. Bazar günü Rusiya paytaxtında güclü qar gözlənilir və güclü külək saatda 20 km-ə çatcaq.

"Ağaclar və naqillərdən uzaq durmaq lazımdır". – deyə mer əlavə edib.