"Real" yetirmələrinə sanballı buraxılış qiyməti qoyacaq


İdman 04 Fev 2018 12:48:00 330 0

"Real" yetirmələrinə sanballı buraxılış qiyməti qoyacaq

"Real Madrid" rəhbərliyi akademiyanın yetirmələri ilə müqavilə şərtlərini yenidən nəzərdən keçirmək fikrindədir. Goal.az xəbər verir ki, madridlilər 16 yaşından başlayaraq onların müqaviləsində buraxılış qiyməti kimi 30 milyon avro göstərməyi planlaşdırır. Daha istedadlı futbolçuların buraxılış qiyməti 50-60 milyon avro müəyyənləşdirilə də bilər. Son illər "Barcelona"nın bir neçə pespektivli yetirməsi qazanc gətirmədən əlindən çıxıb. Erik Qarsiya "Manchester City", Jordi Mboula "Monaco", Serxio Qomes isə "Borussia Dortmund"a keçib. "Real" əzəli rəqibindən ibrət götürmək qərarına gəlib. Bununla yanaşı, gənc futbolçuların illik məvacibi o qədər də yüksək olmayacaq. Hazırda "Real Castilla"nın üzləri ildə 25 min avrodan çox məvacib almırlar.