"Real" - PSG oyununa biletlərin satılması 1 saat belə çəkmədi


İdman 04 Fev 2018 10:44:00 343 0

"Real" - PSG oyununa biletlərin satılması 1 saat belə çəkmədi

Çempionlar Liqasının 1/8 final mərhələsində "Real" və PSG arasında keçiriləcək ilk matçın biletləri sərbəst satışda artıq qalmayıb. Goal.az xəbər verir ki, ispan klubunun azarkeşlərinə bütün boş yerləri almaq üçün təxminən 37 dəqiqə lazım gəlib. İndi biletlər yalnız müxtəlif proqramlarda ikinci əldən satılır və qiymətlər 300 – 24080 avro arasında dəyişir. Madridlilər dəfələrlə bu kimi təşəbbüslərə qarşı çıxış ediblər. Çünki əldən bilet alan fanatların stadiona buraxılacağına zəmanət verilmir. "Real" və PSG arasında ilk görüş fevralın 14-də Madridin "Santiago Bernabeu" stadionunda baş tutacaq. Cavab görüşü martın 6-na nəzərdə tutulub.