Rusiyanın birinci kanalı Bakıdan reportaj hazırladı


Digərləri 04 Fev 2018 10:31:00 231 0

Rusiyanın birinci kanalı Bakıdan reportaj hazırladı

Rusiyanın 1-ci kanalı məşhur sovet rejissoru, SSRİ Xalq artisti Leonid Qaydayın 95 illiyinə həsr olunmuş proqram hazırlayıb.

Son.az baku.ws-yə istinadən bildirir ki, proqramın bir hissəsi Bakıda hazırlanıb. Rejissorun ən sevilən filmlərindən olan "Brilliant əl" filminin çəkilişlərinin baş tutduğu paytaxtımız, əsasən də İçərişəhər tamaşaçılara nümayiş etdirilib.

Azərbaycanlı jurnalist Səbinə İsmayılova filmin çəkildiyi məkanları rus həmkarlarına nümayiş etdirib. Çəkiliş heyəti filmin motivləri əsasında yaradılmış kafedə də olublar.