Dünyanın ən gözəl və məşhur müsəlman ulduzları


Digərləri 04 Fev 2018 10:15:00 424 0

Dünyanın ən gözəl və məşhur müsəlman ulduzları

Milyonların həsəd apardığı müğənni, model, aktyor, aktrisa.... Heç ağlınıza gəlməyən çox sayda məşhurlar arasında əslində müsəlman mənşəli olanlar az deyil.

Son.az lent.az-a istinadən dünya miqyasında tanınan müsəlman məşhurlarla sizi də tanış edir.

Son illər ulduz kimi parlayan, "Victoria Secret"in mələkləri arasında yer alan məşhur maniken Gigi Hadid Orta Şərq və Fələstin mənşəlidir. Onun atası müsəlman, anası isə xristiandır.

Hadid bacılarından bir olan Bella Hadid də hər fürsətdə müsəlman olduğunu dilə gətirir. Tərzi ilə hər zaman fərqlənməyi bacaran Bella hətta müsahibələrinin birində müsəlman olmaqdan qürur duyduğunu deyib.

Maykl Ceksonun bacısı Canet Cekson müsəlman dinini qəbul etdikdən sonra hicablanıb. O, müsəlman olduqdan sonra gözlərdən uzaq bir həyat sürməyə başlayıb.

"Oscar" qazanan ilk müsəlman aktyor Mahershala Alidir. "Moonlight" filmi ilə bənzərsiz obraz yaradan məşhur aktyor istedadı və qabiliyyəti ilə seçilir.

Keçmiş maniken İman Abdulmacid də müsəlman ulduzlar arasındadır. O, eyni zamanda David Bouienin həyat yoldaşıdır.

Gənclərin sevimlisi Zayn Malik də müsəlmandır. Pakistan əsilli məşhur müğənnin anası xristian, atası müsəlman olduğu üçün o, hər iki dinin bayramlarını qeyd edir.

Livanda doğulan Amal Clooney müsəlman kimi böyüyüb və yaşayır. Geyim tərzi ilə yanaşı vəkil kimi də tanınan A. Clooney məşhur aktyor Geoge Clooney ilə ailə qurduqdan sonra daha çox tanınır.

Shaquille O'Nealin ögey atası müsəlmandır. Buna görə də o, müsahibələrindən birində müsəlman olduğunu etiraf edib. Ancaq S. O'Neal çox zaman din mövzusunda olan söhbətlərdən yayınır.