Cənubi Kiprdə prezident seçkilərinin 2ci turu keçirilir


Dünya 04 Fev 2018 10:02:00 298 0

Cənubi Kiprdə prezident seçkilərinin 2ci turu keçirilir

Bu gün Cənubi Kiprdə prezident seçkilərinin ikinci turu keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 7.00-da başlayıb.

Qeyd edək ki, 9 namizədin iştirak etdiyi prezident seçkilərinin ilk turu yanvarın 28-də keçirilib. İlk turda namizədlərdən ikisi - hazırkı prezident Nikos Anastasiadis və sol yönümlü AKEL partiyasının namizədi Stavros Malas müvafiq olaraq 35,5% və 30,25% səs toplayaraq ikinci tura çıxıb.

Səsvermə saat 18.00-da başa çatacaq.