Çində kimya zavodunda partlayış: 4 ölü, 6 yaralı


Dünya 04 Fev 2018 09:25:00 237 0

Çində kimya zavodunda partlayış: 4 ölü, 6 yaralı

Çinin Şandun əyalətində kimya zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, daha 6 nəfər xəsarət alıb. Onlardan 2-sinin vəziyyəti ağırdır.

Zavodun sahibi polislər tərəfindən saxlanılıb. Partlayış səbəbləri araşdırılır.