17 fərqli modeldən yığılmış avtomobil satılır FOTO


Digərləri 04 Fev 2018 09:15:00 339 0

17 fərqli modeldən yığılmış avtomobil satılır  FOTO

ABŞ-da 17 fərqli modeldən yığılmış avtomobil satışa çıxarılıb.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobil satışa 25 min dollara çıxarılıb. Sənədlərdə avtomobil 1939-cu ilin "Chevrolet" modeli kimi yazılıb, lakin avtomobildə bu modeldən yalnız bir neçə detal qalıb.

Ümumilikdə avtomobilin yığılmasında "AMC Javelin" 1972-ci il, "Buick" 1958-ci il, "Cadillac" 1961-ci il, "Cadillac" 1982-ci il, "Cadillac Seville" 1985-ci il, "Chevrolet" 1932-ci il, "Chevrolet" 1939-cu il, "Chevrolet" 1982-ci il, "Chevrolet" 1992-ci il, "Chevrolet Caprice", "Ford Thunderbird" 1964-cü il, "Ford Pinto" 1972-ci il, "Ford" 1973-cü il, "GMC 350" 1985-ci il, "Oldsmobile" 1985-il, "Pontiac" 1972-ci il, "Pontiac Firebird" 1984-cü il modellərinin detalları istifadə olunub.


Xəbərə aid fotolar