BVF Ukraynaya qaz tariflərinin qaldırılması əvəzində kredit ayıracağını söz verib


İqtisadiyyat 04 Fev 2018 06:27:26 235 0

BVF Ukraynaya qaz tariflərinin qaldırılması əvəzində kredit ayıracağını söz verib

BVF ölkədə əmək haqlarının artmasına da qarşı çıxır

Beynəlxalq Valyuta Fondu Ukraynaya yeni kreditin bu ölkənin qaz tariflərinin qaldırması və əmək haqlarının dondurması şərti ilə ayıracağı haqda hazırlığını bildirib.

“Report” xəbər verir ki, bu barədə BVF’in Ukraynada daimi nümayəndəsi Yosta Lünqman deyib.

Həmçinin, BVF ölkədə əmək haqlarının artmasına da qarşı çıxır.

“Əmək haqlarının tez bir zamanda artırılmasına istək var, lakin bu ölkə iqtisadiyyatına mənfi təsir edə bilər”,- deyə Lünqman bildirib.

Bundan əlavə, Kiyev qazın qiymətlərini idxal ilə uyğunlaşdırmalıdır.