İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyəti məhvə yaxınlaşdırır


Dünya 04 Fev 2018 03:36:00 254 0

İran XİN: ABŞ-ın nüvə doktrinası bəşəriyyəti məhvə yaxınlaşdırır

Bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib

ABŞ-ın nüvə doktrinası nüvə silahından böyük asılılığın olduğunu göstərir və bəşəriyyəti məhvə yaxınlaşdırır.

“Report” xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

Diplomat həmçinin qeyd edib ki, Qiyamət günü saatlarının 1953-cü ildən ən təhlükəli vəziyyətdə olması faktına təəccüblənmədiyini bildirib.

"Trampın Birgə hərtərəfli fəaliyyət planının məhv edilməsində inadkarlığı həmin təhlükəli ehtiyatsızlıqdan irəli gəlir", - deyə Zərif "Twitter"də yazır.