Peşə xəstəlikləri: Azərbaycanda buna


Digərləri 03 Fev 2018 23:36:00 284 0

Peşə xəstəlikləri: Azərbaycanda buna

Hansı peşə ilə məşğul olmağından asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stress, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Bütün sahə adamlarına sağlamlıqları üçün diqqət lazım olsa da, bəzi sahələrin işçiləri müəyyən risk qrupuna daxil edilir və onlar xüsusi diqqətə ehtiyac duyurlar.   Baxmayaraq ki, istahsalatda başına gələn hər hansısa xoşagəlməz hallardan və peşə xəstəliklərindən hər bir işçi sığortalanır və belə hallar baş verərsə, birbaşa işəgötürənlər cavandeh şəxs hesab olunurlar. Lakin maddi qarşılığı ödəmək işçiyə hər zaman öz sağlamlığını geri qaytarmır. Buna görə də müxtəlif peşə sahibləri özləri öz sağlamlıqlarının keşiyində durmalıdırlar. Mütəxəssislər qeyd edirlər ki, müəyyən peşələr üzrə əmək qabiliyyətinin itirilməsindən qorunmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə mütləqdir.   Ölkəmizdə peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib.   Son.az qaynarinfo.az-a istinadən bildirir ki, müəyyən peşələrlə məşğul olan insanlar üçün stress də qaçınılmazdır. 2005-ci ildən etibarən Ümumdünya Əmək Təşkilatı stress amillərinin törətdiyi fəsadları peşə xəstəlikləri sırasına daxil edib. Lakin hazırda Azərbaycanda peşəsi ilə məşğul olan şəxslərin stress amilləri peşə xəstəlikləri kimi qəbul edilmir. Günümüzdə isə peşə stresləri ilə üzləşmədiyimiz bir sahə yoxdur.   Xərçəng yaradaraq ölümə səbəb olan fərqli faktorlar dünyanın müxtəlif bölgələrində dəyişikliklər törədirlər. Ancaq xərçəngin meydana gəlməsində qidalanma, sosial həyat, peşə təsiri, iqlim və genetik faktorların rolunun olduğu da danılmaz faktdır.   Son illərdə aparılan araşdırmalar nəticəsində ətrafımızda çox sayda konservant maddələrin olduğu təsdiq edilib. Ekoloji konservantların tipik nümunəsi isə sənaye konservantlarıdır. Artıq insanlarda meydana gələn xərçəng kütlələrinin 5-10%-i  məhz peşə xəstəliyi siyahısına daxil edilir.   Beynəlxalq Xərçəngi Araşdırma Agentliyinin hesabatlarına görə, bu günə qədər orqanizmdə xərçəng yaratdığı təsdiq olunan ən az 30 maddə ya da faktor var. Bunlara misal kimi nikel, xrom, asbest, benzin, ionlaşdırıcı radiasiya və s. göstərmək olar. Bu maddələr arasında nikelin xərçəngə səbəb olması barədə bilgələrə son illərdə aydınlıq gətirilib. Günümüzdə bu təhlükəli maddələrlə hər gün iş başında qarşı-qarşıya gələn insanlar vardır ki, onların bu səbəblərlə xərçəngə yoluxması peşə xəstəliyi hesab olunur.   Peşənin bir neçə hallarda xərçəng əmələ gətirməsi mövzusunda son illərdə maraq çəkən nüanslardan biri də həmin peşə adamının yaxınlarında da xərçəng riskinin yüksək olmasıdır. Son dövrlərdə asbest maddələrlə əlaqəli işlərdə çalışanların ağciyər xərçəngi ehtimalının artımı və uşaqlıq dövründəki qan xərçəngi xəstəliyinə tutulanlarının atalarının peşəsi ilə əlaqəsi müşahidə olunur.   Türkiyənin Sosial Təhlükəsizlik Mütəxəssisi Oğuz Aslım hələ təkcə Türkiyədə ildə altı mindən çox əlilliyin və iki mindən çox ölüm hadisəsinin peşə xəstəliyindən qaynaqlandığını ifadə edib.   Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az saytına deyib ki, peşə xəstəliklərindən ölənlərin sayı istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində ölənlərin sayından heç də az deyil.   "Birinin işinə uyğun olan peşə xəstəliyi ilə digər biri xəstələnirsə, onun iş mühitinin səbəbi olmadığı üçün bu peşə xəstəliyi hesab edilmir. Məsələn, Azərbaycanda ürək - damar xəstəlikləri çox yayılsa da, bu, hər bir peşə nümayəndəsi üçün peşə xəstəliyi hesab olunmur. Klassik bir misal çəkim ki, məsələn, babasil xəstəliyi sürücülər üçün peşə xəstəliyi hesab olunsa da, baxmayaraq ki, müəllim işi də oturaqdır, bu, onlar üçün peşə xəstəliyi hesab olunmamalıdır, çünki onların oturduqları yerdən durması mümkündür. Babasil yalnız oturması məcbur olan şəxslər üçün peşə xəstəliyirdir.   Avropa standartlarına uyğun olaraq əslində sürücülər hər 300 km-dən bir dəyişməlidir. Bizdə buna əməl olunmur. Bakıdan sükan arxasında bir nəfər oturur və düz Tiflisə qədər avtobusu sürür".     Sektor olaraq avtomobil, kimya, ağır sənaye və virus xəstəlikləri sektorlarında peşə xəstəliklərinə daha tez-tez rast gəlinir. Bununla yanaşı, demək olar ki, bütün xidmət sahələrində peşə xəstəlikləri mövcuddur. Müəyyən bir yaşa (35-55 yaş) çatan işçilər işsizlik qorxusundan da stress keçirirlər ki, bu da onların tez xəstəliyə tutulmasına səbəb olur. İş həyatında və ümumiyyətlə ağır işlərdə kişilərin sayının çox olması səbəbiylə peşə xəstəlikləri kişilərdə daha çox görülür.   İşəgötürənlər işçilərin peşə xəstəliklərindən qorunması üçün hansı tədbirləri görməlidirlər?   Təbii ki, işəgötürənlər işçilərini peşə xəstəliklərindən qorumaq üçün bəzi tədbirlər görməlidirlər. İş yerinin sağlamlığa zərərli olması iş yerinin havasına  yayılan maddələrdən (məsələn, duman, toz, buxar, qaz və s.) və fiziki şərtlərdən asılıdır. Hətta bəzən zərərli maddələr birbaşa əllə təmasda olur. İş yerində bu təhlükələri aradan qaldırmaq və ya minimuma endirməklə iş mühitini zərərsizləşdirmək və təhlükəni müəyyən qədər uzaqlaşdırmaq olar. Bu məqsədlə işəgötürənin tətbiq etməli olduğu üsullar aşağıdakılardır:   İstifadə olunan zərərli maddənin dəyişdirilməsi: İstifadə olunan zərərli maddə zərərsiz və ya daha az zərərli maddələrlə əvəz edilə bilər.   Qapalı iş metodu: zərərli maddəni dəyişdirmək mümkün olmadığı hallarda təhlükəli əməliyyatlar tamamilə qapalı mühitdə aparılaraq zərərsizləşdirilə bilər.   Nəmli mühitdə işləmə metodu: Xüsusilə tozlu iş yerlərində tətbiq olunur. Əməliyyat mühitinin nəmləndirilməsi ilə tozun iş otağında ətraf mühitə yayılmasının qarşısı alınır. Bəzi iş yerlərində döşəmə, divarlar və texniki vasitələr tez-tez yuyulmalı və ya nəm parça ilə silinməlidir.   Havalandırma: İş yeri və işin mahiyyətinə uyğun olaraq həyata keçirilməlidir. Yerli və ümumi olmaqla iki növü var.   İş yerinin planlaşdırılması: Obyektin ünvanı bəlli olduğu zaman tutula bilinəcək peşə xəstəlikləri nəzərə alınaraq plan qurulmalıdır. Məsələn, virus