Almaniya FETÖ üzvlərinə sığıncaq verir


Dünya 03 Fev 2018 23:39:00 373 0

Almaniya FETÖ üzvlərinə sığıncaq verir

Almaniya Türkiyədə hərbi çevrilişə cəhd etməkdə ittiham olunan FETÖ üzvü 4 türkiyəli hərbiçiyə sığıncaq verməyi qərara alıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı "Şpiqel" jurnalı yayıb. Polkovnik, polkovnik-leytenant və iki əsgərə müvəqqəti olaraq qoruma statusu verildiyi və bu şəxslərin Türkiyəyə qaytarılmasının mümkün olmadığı da xəbərdə qeyd olunub.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhd etmişdi.