Hansı məhsulları ac qarına yemək olmaz?


Digərləri 03 Fev 2018 23:40:00 383 0

Hansı məhsulları ac qarına yemək olmaz?

Səhər yeməyi düzgün olmalıdır. Buna səbəb odur ki, bəzi məhsullar mədə-bağırsaq traktına mənfi təsir göstərə bilirlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, insanın əhvalı onun qidalanmasından bilavasitə asılı olduğuna görə, səhər ac qarına nə yeyəcəyiniz çox önəmlidir. Uzun müddət boş qalan mədəyə bəzi məhsulların düşməsi, həzm sisteminə pis təsir edir. Hətta bu məhsulların sistematik qəbulu, köpün əmələ gəlməsi, mədənin selikli qişasının pozulması, qastrit və digər pozulmalara səbəb ola bilir. Beləliklə sizə bu məhsulların siyahısını təqdim edirik:

- Soyuq içkilər.

7-8 saat yuxu ərzində xeyli maye buxarlandığına görə, orqanimz mayeyə ehtiyac duyur. Səhərlər su içmək lazımdır, çünki su içməklə, siz, mədə-bağırsaq traktını səhər yeməyi üçün hazırlamış olursunuz. . Lakin bu ev temperaturunda su olduqda belə olur. Soyuq su içdikdə isə mədənin selikli qışası qıcıqlanır. Bundan əlavə soyuq su, mədə  damarlarını daraldır, qan dövranı pisləşir, bu isə qidanın həzm prossesinə təsir göstərir.

- Un məmulatları.

Bu məhsulların tərkibində əsasən maya olduğundan, onun isə köp əmələ gətirdiyinə görə, səhərlər un məmulatlarının qəbulu məsləhət görülmür. Böyük ehtiyac duyulduğunda mayasız məhsulları istifadə edə bilərsiniz.

- Qəhvə.

Bir çoxlarımız üçün səhər məhz 1 fincan qəhvə ilə başlayır. Qəhvə sevərlərin nəzərinə çatdırırıq ki, tərkibində olan kofein, mədəyə düşdükdə selikli qişanı qıcıqlandırır, bunun nəticəsində isə mədə şirəsinin sekresiyası çoxalır. Ən əsası isə, qəhvədən başqa heç nə yemədikdə, ifraz olunan turşuluq(mədə şirəsi) mədə toxumasını yeyir, bu da qastritin yaranmasına səbəb olur.

- Şirni.

Səhərlər şirni yemək vərdişindən azad olmaq lazımdır. Bu sizi ciddi metobolizm pozğunluğu və şəkər xəstəliyində xilas edəcək. Səbəb odur ki, mədəyə böyük dozada şəkər düşdükdə, mədəaltı  vəz bu ağırlığa tab gətirmir və var gücü ilə işləməyə məcbur qalır. Çoxlu miqdarda insulin, qanda olan şəkərin səviyyəsini normallaşdırır, bundan sonra isə insan zəiflik və apatıiya hissi keçirir. Beləliklə uzun müddət ac qarına şirni yedikdə, siz, mədəaltı vəzin işini korlayırsınız. Bu isə onun əsas funksiyası olan insulinin normal səviyyədə hasilatına təsir edir.