Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır


Dünya 03 Fev 2018 23:14:00 295 0

Azərbaycandan olan kriminal avtoritet azadlığa çıxır

Fevralın 1-də Jitomirdə keçirilən xüsusi əməliyyat zamanı yerli sahibkarın qətlində şübhəli bilinən Azərbaycanın 31 yaşlı vətəndaşı saxlanılmışdı.

Son.az virtualaz.org-a istinadən bildirir ki, tutularkən onun üstündən silah tapılmışdı.

Cinayətkar il yarım idi ki, beynəlxalq axtarışda hesab edilirdi. Jitomir polisinin ərazi kommunikasiyası üzrə bölməsinin xəbərinə görə, azərbaycanlı Ukraynaya qeyri-leqal yolla gəlib. Cümə və şənbə günləri (2-3 fevral) polislər müvafiq tədbirin elan edilməsi üçün şübhəli şəxsi məhkəməyə gətiriblər. Ancaq heç bir iclas olmayıb.

Birinci dəfə - vəkillər tərəfindən tərcüməçiyə ehtiyac olması ilə bağlı verilən bildirişə görə. Demə, Azərbaycan vətəndaşı nə rus, nə də Ukrayna dilini bilmirmiş... İkinci dəfə isə hakim olmadığına görə.


Xəbərə aid foto