Rusiya Suriyada "Su-25"in vurulmasından sonra cavab hücumu edib, 30 terrorçu öldürülüb


Dünya 03 Fev 2018 22:52:03 255 0

Rusiya Suriyada "Su-25"in vurulmasından sonra cavab hücumu edib, 30 terrorçu öldürülüb

Terrorçuların İdlibdəki mövqelərinə yüksək dəqiqlikli silahlar ilə qrup şəklində zərbə endirilib

Rusiya silahlı qüvvələri Suriyada "Su-25" bombardımançı təyyarəsinin vurulmasından sonra "Nüsra cəbhəsi" terror qruplaşmasının yaraqlılarına cavab zərbəsi endirib.

“Report” xəbər verir ki, bu barədə hərbi idarənin məlumatında bildirilir.

İdlib əyalətində terrorçuların nəzarəti altında olan və Rusiya qırıcısına səyyar zenit raket kompleksindən atəş açılan əraziyə yüksək dəqiqlikli silahlar ilə qrup şəklində zərbə endirilib.

Müdafiə Nazirliyi qeyd edib ki, Rusiya hərbçilərinin zərbəsi nəticəsində 30-dan çox terrorçu öldürülüb.

Rusiya təyyarəsi şənbə günü İdlib əyalətində vurulub. Pilot katapult etsə də, terrorçularla döyüşdə öldürülüb.