Biləsuvar sakini damarlarını kəsərək intihara cəhd edib


Sosial 03 Fev 2018 22:32:30 259 0

Biləsuvar sakini damarlarını kəsərək intihara cəhd edib

Onun özünə hansı səbəbdən xəsarət yetirməsi hələlik məlum deyil

Biləsuvar rayon sakini intihara cəhd edib.

"Report"un Aran bürosu xəbər verir ki, 1975-ci il təvəllüdlü Xırmandalı kənd sakini Həsənov Zaur Əli oğlu damarlarını kəsib.

Yaralı dərhal "təcili tibbi yardım" maşını ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, ona ilkin tibbi yardım göstərilib. Z.Həsənovun özünə hansı səbəbdən xəsarət yetirməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.