Pakistanda hərbi hissəyə hücum: 11 ölü, 13 yaralı


Dünya 03 Fev 2018 22:34:00 295 0

Pakistanda hərbi hissəyə hücum: 11 ölü, 13 yaralı

Pakistanın şimalında terrorçular hərbi hissəyə hücum edib.

Son.az oxu.az-a istinadən bildirir ki, Geo TV telekanalının hərbi mənbələrə istinadla yaydığı məlumata görə, hücum nəticəsində 11 hərbçi ölüb, 13-ü yaralanıb.

Üç nəfər hadisə yerində həlak olub, digərləri aldıqları yaralardan sonradan ölüblər.

Terrorçu-kamikadzenin partlayıcı qurğunu hərbi hissənin idman meydançasında işə saldığı bildirilir.