Miqren və ürəkdamar xəstəlikləri


Digərləri 03 Fev 2018 22:05:00 317 0

Miqren və ürəkdamar xəstəlikləri

Yeni araşdırmanın nəticələrinə görə miqren keçirən insanlarda insult, infarkt, fibrialyasiya, tromb xəstəlikləri artır.

Son.az medicina.az-a istinadən bildirir ki, 19 il davam edən tədqiqatda 51.000 insanın məlumatları araşdırılıb. 35 yaş və yuxarı miqrenli insanlarda ürək tutması 50%, insult 2 dəfə çox baş vermişdi. Xüsusən auralı miqrendən əziyyət çəkən qadınlarda bu risk daha çoxdur. Tibb mütəxəssisləri bunun səbəbi kimi baş beyin damarlarının tex-tez sıxılmasını göstərir. Həmçinin miqrenli insanlarda tromb yaranma ehtimalı yüksəkdir.

Ona görə miqren ağrıları ilk başlayan ərəfədə onları nəzarətə alıb, müalicə etmək lazımdır.