Balın xeyiri, əks göstərişi və saxlanma müddəti...


Digərləri 03 Fev 2018 21:55:00 342 0

Balın xeyiri, əks göstərişi və saxlanma müddəti...

Hamımızın yaxşı tanıdığı bal - bal verən arıların həyat fəaliyyətinin məhsuludur. Lakin baldan əlavə bu arıların həyat fəaliyyətinə aid edilən  digər xeyirli məhsullar da vardır. Bunlardan : mum, arı yapışqanı və tozcyqdur.

Arılar tərəfində istehsal edilən bütün məhsullar, orqanizm üçün çox xeyirli olan xüsusiyyətlərə malikdirlər.

Balın- xeyirli xüsusiyyətləri.

Bal - şəkərdən daha şirin olub, kifayət qədər kalorili məhsuldur. 100 qr balda - 300 kilokaloriy  vardır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, tərkibində olan kaliy elemetinin sayəsində, bal, bakteriyaları məhv etmə xüsusiyyətinə malikdir. O, elə bir mühit yaradır ki, orada bakteriyalar yaşaya bilmir. Hər birimizin bilirik ki, bakteriyalar nəm mühitdə yaşayıb, çoxalırlar. Kaliy isə o nəm mühiti onlardan alaraq, nəticədə məhv etmiş olur.

Balın tərkibində : maqniy, dəmir, fosfor, marqanes, kaliy, xlor və kalisy vardır. Bunların hamısı torpaqda olan təbii elementlərdir ki, arının bal topladığı bitkiyə torpaqdan keçirilir. Bu o deməkdir ki, torpaq nə qədər bu minerallarla zəngindirsə, ondan alınan bal da o qədər zəngin olacaq.

Mütəxəssislərin dediyinə görə, tünd rəngli balın tərkibində, mis, açıq rəngli baldan daha çoxdur. Məhz bu səbəbədən bir çoxları tünd rəngli bala üstünlük verirlər. Hemoqlobin və onun qanda olan tərkibinin dəmirlə qırılmaz olaraq əlaqəli olması, dəmirin balın tərkibində çox olması bu məhsulu  daha xeyirli edir. Məhz dəmir, hemoqlobinin oksigeni saxlamaq  imkanının qoruyur və stimullaşdırır.

Balın tərkibində olan B2 vitamini, reproduktiv funksiyanın requlyasiyası və inkişafı üçün əvəzolunmazdır. Həmçinin bu vitamin qalxanvari vəz, dırnaq və dəri üçün lazım olan xeyirli xüsusiyyətlərə malikdir.

Həmçinin tərkibində olan nikotin turşusu orqanizmin proseslərində mühüm rol oynayıb, xolesterinin çıxarılmasına səbəb olur və damarları genişləndirir.

Bir çox xeyirli xüsusiyyətləri olan balın, digər şəkərlərdən üstün olan cəhətləri:

- oraqnizm balı çox tez və rahat həzm edir

- yüngül işlətmə xüsusiyyətinə malikdir

- həzm traktının selikli qişasına qıcıqlandırıcı təsir göstərmir

- sedativ preparat olub, sakitləşdirici təsirə malikdir