Hansı məhsulun şirəsi daha xeyirlidir?


Digərləri 03 Fev 2018 21:50:00 278 0

Hansı məhsulun şirəsi daha xeyirlidir?

Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun  səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Ən düzgün seçim - tərəvəz şirələri.

Son.az saglamolun.az-a istinadən bildirir ki, tərəvəz şirələri - qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir. Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

100% - li meyvə şirəsi.

Heç kim xəstəliklərlə mübarizə üçün lazım olan vitamin və antioksidantlarla zəngin meyvə şirəsinin xeyirli olduğunu inkar etmir. Problem ondadır ki, təbii şirələrin tərkibində həmçinin  şəkər və kalorinin miqdarı çoxdur. 1  stəkan təbii alma şirəsində, yarım baton şokoladda olduğu qədər kaloriy vardır. Məhz bu səbəbdən mütəxəssislər gün ərzində belə içkini  1 dəfədən çox içməyi məsləhət görmürlər.

Yaxşı seçim - nar şirəsi.

Hər gün yalnız 1 stəkan şirə içməyi planladıqda, ən düzgün seçim etmək lazımdır. O zaman, qida dəyəri daha çox olan şirələrə nəzər salaq.  Nar şirəsi - bu cədvəldə birinci yerdədir. Onun tərkibində çox sayda şəkər və kaloriy vardır və o, orqanizmdə  antioksidant dozasını yüksək səviyyə təmin edir. Bu maddələr isə beyin funksiyasının qorumasını təmin edir və xərçəngin qarşısını ala bilir.

Yaxşı seçim - quşüzümü şirəsi.

Quşüzümü şirəsi  C vitamini ilə çox zəngindir, o isə immun sistem üçün çox lazımlıdır. Həmçinin xalq arasında şirin olmayan quşüzümü şirəsini, sidik yolları infeksiyalarının təhlükəsindən qorumaq üçün istifadə edirlər.

Qaragilə şirəsi.

Qaragilənin tərkibində olan maddələr, beyinin sağlam saxlanmasına kömək edir. Həmçinin bu şirə yaddaş  funksiyası üçün çox xeyirli sayılır.

Albalı şirəsi.

Antioksidantlarla  zəngin olması ilə bərabər, bir çox giləmeyvə şirələri  iltihab əleyhi xüsusiyyətlərinə də malikdirlər. Araşdırmalara əsasən fiziki işdən əvvəl və sonra içilən 1 stəkan albalı şirəsi məşqdən əldə olunmuş əzələ ağrılarını ağrılarını azalda bilirlər.