Sinir sistemi üçün ən xeyirli məhsullar...


Digərləri 03 Fev 2018 21:40:00 275 0

Sinir sistemi üçün ən xeyirli məhsullar...

Hər  zaman eşitdiyimiz  "bütün xəstəliklər əsəbdəndir" kimi fikirlər həqiqətdir.

Sinir sistemi zəiflədikdə, ürək-damar, həzm və sidik-tənasül sistemində ağırlaşma təhlükəsi yarana bilir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, sinir sisteminin sağlam saxlanılması üçün, düzgün qidalanma çox vacibdir.Sizə sinir sistemi üçün lazımlı olan məhsullar siyahısını  təqdim edirik:

- Banan və təzə pomidorlar. Sinir sistemini möhkəmləndirir və depressiyanın yaranmasına əngəl olur.

- Skumbriya, treska və qızıl balıq. Bu balıqların tərkibində lazımlı yağlar var. Sinir tellərini toksik maddələrdən  qorumağa kömək edən, qaraciyəri canlandırır.

- Yumurta. Letitinlə zəngin olan bu məhsul, pis əhval-ruhiyyə ilə mübarizə etməyə kömək edir.

- Süd məhsulları, kələm, kök, alma. Bu məhsulların tərkibində orqanizm üçün ideal porsiyada kalsiy və fosfor vardır. Kalsiy sinir gərginliyindən kömək edir, fosfor isə sinir sistemini gümrahlandırır.

- Göyərti. Orqanizmdə tormozlanma prosesslərinin normallaşmasını təmin edən maqniy ilə zəngindir.