Çaya nəyi qarışdırmaq olmaz?


Digərləri 03 Fev 2018 21:20:00 293 0

Çaya nəyi qarışdırmaq olmaz?

Alman alimləri təsdiq ediblər ki, ürək-damar sistemində çayın müsbət təsiri ona süd qatıldıqda azalır. Alimlər bu nəticəyə siçovul dərisi üzərində laborator eksperimenti zamanı və 16 nəfərin iştirakı ilə aparılmış tədqiqat nəticəsində gəliblər.

Alimlər professor kardioloq Vereni Stanqanın rəhbərliyi iə aparılmış tədqiqatdan sonra bu nəticəyə gəliblər ki, qara çayın qəbul edilməsi qan dövranının yaxşı işləməsinə kömək etməklə yanaşı insanı hipertoniyadan da qoruyur. Tədqiqatçılar bu effekti çayın tərkibində olan "katexin" adlanan maddənin olması ilə əlaqələndirirlər. Aydın olub ki, bu komponentlər azot oksidi yaradır ki, bu da öz növbəsində qan damarlarının genişlənməsinə səbəb olur. Stanqanın sözlərinə görə, çaya süd əlavə etdikdə süddə olan zülal-kazein çayda "katexin"in konsentrasiyasını azaldır və damarlarda blokada yaradaraq, onun effektliyini azaldır.