Bu qoz ilk ildən bar verir


Digərləri 03 Fev 2018 21:12:00 405 0

Bu qoz ilk ildən bar verir

Amerikada məşhur olan "çəndlr" qozu artıq Azərbaycanda da becərilir. Adətən 5-6 ildən bar verən digər qozlardan fərqli olaraq bu qoz ilk ilində məhsul verir. Üzüm salxımı kimi bar verən qoz ağacından artıq 3-cü ilində 30 kq məhsul yığmaq mümkündür. Ancaq bu maraqlı qozun təəccübləndirən xüsusiyyətləri bununla da bitmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, adi qozlardan fərqli olaraq meyvələri bir neçə dənə yox, üzüm salxımını xatırladır.

Özü də bu qoz əkildiyi ilk ildən bar verir. Söhbət Amerikada məşhur olan hazırda isə Azərbaycanda da geniş şəkildə əkilməyə başlanan Çəndlr qozundan gedir. Qozun bol məhsullu və səmərəli olduğunu deyən sahibkar Ayxan Vəliyev bildirir ki, onu gətirib Azərbaycandan əkəndən sonra hər kəsin diqqətini çəkib.

Qozun Azərbaycanın hər yerində əkilə biləcəyini deyən Ayxan Vəliyev hazırda onun tinglərinin basdırılmasının mövsümü olduğunu bildirir.

Ayxan Vəliyev bildirir ki, əsas məqsədləri qısa zamanda bar verən bu qozla bağlı insanları maarifləndirmək, onun daha geniş ərazidə yayılmasına nail olmaqla ölkənin kənd təsərrüfatı məhsullarının xaricə ixracında bu məhsulun payını artırmaqdır.


Xəbərə aid video