Hər bir xalq öz qəhramanlarını tanımalıdır VİDEO


Digərləri 03 Fev 2018 21:09:00 244 0

Hər bir xalq öz qəhramanlarını tanımalıdır  VİDEO

Cəlilabad sakinləri hər kəsə örnək ola biləcək bir təşəbbüslə çıxış ediblər. Belə ki, onlar rayon ərazisində və kəndlərin girişində həmin kənddən şəhid olmuş şəxslərin portretlərini qoyublar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəhid olmuş gənclərin portretləri doğulduqları kəndlərin girişində qoyulub.

Cəlilabad sakinləri maraqlı bir aksiyaya start veriblər. Belə ki, müharibə zamanı şəhid olmuş şəxslərin portreti doğulduğu kəndlərin girişində qoyulur.

Artıq bu sahədə ilk adımlar da atılıb.Belə ki, rayonun Eçara kəndinin giriş hissəsində ötən il şəhid olunmuş zabit Hüseyin Əkbərlinin, Kövüzbulaq kəndində isə 2012- ci ildə Qazax rayonunun Quşçuayrım kəndində gedən döyüşlərdə şəhid olmuş Zülfüqar Ataşlının portreti ucaldılıb.

Rayon sakinləri tərəfindən göstərilən təşəbbüs hamı tərəfindən rəğbətlə qarşılanıb.Bu işin görülməsində əsas məqsəd gənc nəslə şəhidləri tanıtmaq və onlarda hərbi vətənpərvərlik hissini yüksəldilməsinə xidmət etməkdir.


Xəbərə aid video