Alma sirkəsi haqda bilmədiklərimiz...


Digərləri 03 Fev 2018 20:50:00 322 0

Alma sirkəsi haqda bilmədiklərimiz...

Alma sirkəsi -  alma şirəsinin qıcqırmış halıdır. Alma şirəsinin qıcqırdığı zaman sirkə turşusu əmələ gəlir. Nəticədə tərkibi tam olaraq başqa bir məhlul alınır.

Alma sirkəsinin tərkibi  A, B1, B2, B6, C, E vitaminləri və dəmir, kaliy, kalsiy, maqniy, mis, natriy, fosfor və xlor kimi lazımlı mikroelementlərlə zəngindir. Həmçinin pektin kimi lazımlı maddə də bu məhlulun tərkibində vardır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alma sirkəsini  uzun zamandır ki xarici prosedurlar üçün istifadə edirlər(dəri üçün xeyirlidir). Son zamanlar bir çox insanların onu daxilə qəbul etməsini də eşidirik.

Tərkibinə görə bu məhlul aşağıdaki xüsusiyyətlərə malikdir:

- maddələr mübadiləsini stimullaşdırır, karbohidrat və yağların parçalanmasına səbəb olur.

- maddələr mübadiləsinin stimullaşması səbəbindən, insanın şirniyə olan meylini azaldır.

- iştahı azalda bilir.

- iltihab əleyhi və qurd əleyhi xüsusiyyətə malikdir.

- tərkibində kaliy elementinin yüksək miqdarda olması, sinir sisteminin normallaşması və sakitləşməsi üçün çox lazımlıdır.