Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı VİDEO


Digərləri 03 Fev 2018 20:53:00 300 0

Narkotiklə tutuldu, oğru olduğu üzə çıxdı  VİDEO

Neftçalada narkotiklə saxlanılan şəxsin həmin rayondan heyvan oğurladığı da məlum olub. Masallıda saxlanılan keçmiş məhkum isə narkotiklə tutulsa da, evində odlu silah aşkarlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Neftçalada narkotiklə saxlanılan şəxsin oğurluq etdiyi üzə çıxıb. Daxil olmuş məlumat əsasında Neftçala rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Bankə qəsəbə sakini, 33 yaşlı Baxış Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış keçirilərkən 28,5 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Şöbəyə gətirilən Baxış Hüseynov törətdiyi cinayəti etiraf edib.

Araşdırmalar zamanı o da məlum olub ki, saxlanılan şəxs Neftçala rayon Bankə qəsəbəsində vətəndaşa məxsus fərdi təsərrüfatdan xırdabuynuzlu heyvanlar da oğurlayıb.

Masallı rayonunda isə keçmiş məhkumdan narkotik maddə və silah götürülüb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əslən Balakən rayonundan olan, Masallı şəhərində yaşayan 41 yaşlı Zöhrab Əzizov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Onun üzərinə baxış keçirilərən zaman üzərində bir bükümdə 177 qram marixuana aşkar edilib.