Telefon oğrusu tutuldu İnsanları


Digərləri 03 Fev 2018 20:56:00 341 0

Telefon oğrusu tutuldu  İnsanları

Bakıda bir neçə şəxsə qarşı dələduzluq edən şəxs tutulub. Məlum olub ki, həmin şəxs onlayın alış-veriş saytlarında bahalı telefon satan şəxslərin etibarından süi- istifadə edərək onları aldadıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, telefon almaq adı ilə vətəndaşlara qarşı fırıldaqlıq edən şəxs tutulub.

Nərimanov Rayon Polis İdarəsinə Ağdaş rayon sakini Əliyusif İsmayılov müraciət edərək bildirib ki, bir neçə gün əvvəl onlayn alış-veriş saytlarında özünə məxsus "İPhone 8" markalı mobil telefonu satmaq istəməsi barədə elan yerləşdirib. Daha sonra bir nəfər tanımadığı şəxs onunla əlaqə saxlayaraq həmin telefonu almaq istədiyini bildirib. Nərimanov rayonunda yerləşən marketlərdən birinin qarşısında görüşəndən sonra həmin şəxs yaxın qohumunun bu obyektdə işlədiyini və telefonu onun üçün almaq istədiyini bildirib.

Ərazi üzrə 18-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən dələduzluq cinayətini törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Altay Ağamalıyevi saxlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əlavə tədbirlərlə onun eyni üsulla daha 5 nəfərə məxsus "İPhone 7", "İPhone 8" və "İPhone X" kimi qiymətli mobil telefonları ələ keçirdiyi məlum olub. Altay Ağamalıyev həmin telefonlardan 5-ni paytaxtın müxtəlif ərazilərində yerləşən telefon alqı-satqısı mağazalarında satıb. Digər telefonu isə saxlanılana qədər özü istifadə edib. Saxlanılan şəxsin dələduzluqla əldə etdiyi mobil telefonlardan bir neçəsinin yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Altay Ağamalıyev barəsində Nərimanov Rayon Polis İdarəsinidə cinayət işi başlanılıb, istintaq davam edir.


Xəbərə aid video