Enerji içkilərin təhlükəsi


Digərləri 03 Fev 2018 20:05:00 299 0

Enerji içkilərin təhlükəsi

Hal hazırda bütün dükanlarda "enerji içkiləri" almaq olur. Bu içkilərin reklamında xüsusi olaraq vurğulanır ki, onlar insana əlavə enerji verir, yorğunluğu yox edir, "qanadlandırır"  və s.

Bu içkilər son zamanlar bütün dünyada cavanların dəbli "aksessuarına" çevrildi. Cavanların çox  hissəsi bu içkilərdən süi-istifadə edir (hər gün bir neçə banka qəbul edirlər). Lakin onlar bu içkilərin nə dərəcədə təhlükəli olduğundan xəbardar deyillər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, ilk növbədə bu içkilərin tərkibinə nəzər salaq. Bu tərkib heç də təhlükəsiz deyil.  Beləliklə, onların tərkibinə əksər hallarda kofein (kifayyət qədər yüksək dozalarda), qlyükoza (yüksək dozada), bəzi vitaminlər (C, B5, B6), taurin (yüksək dozalarda) və s. daxildir. Bu maddələrin orqanizmə olan qarışıqlı təsiri alimlər tərəfindən hətta sona qədər araşdırılmayıb.

Bütün digər stimulyatorlar kimi, kofein sinir sisteminin tükənməsinə səbəb olur. Onun təsiri 3-5 saat ərzində saxlanılır, daha sonra isə insan çox güclü yorğunluq hiss etməyə başlayır. Əgər insan içkinin təsiri qurtardıqdan sonra "enerjini artırmaq" üçün yenidən enerji içkidən qəbul edərsə, bu orqanizmə yalnız və yalnız ziyan verəcək. Daim yüksək miqdarlarda enerji içkiləri qəbul edən insan az bir müddətdən sonra əsəbilik, yuxunun pozulması, depressiya və s.-dan əziyyət çəkməyə başlayır. Bütün bunlar isə məhz sinir sisteminin tükənməsi simptomlarıdır.

Bundan əlavə kofein alışqanlıq yaradır - bir müddətdən sonra insan hiss etməyə başlayır ki, bu içkilərsiz yaşaya bilmir (narkomanlarda olduğu kimi).

Bu içkilərin tərkibinə daxil olan B qrupu vitaminləri insanda taxikardiyaya (ürək döyünməsinin artması) səbəb ola bilər, qlyükoza qanda şəkərin kəskin artmasına səbəb olur.

Enerji içkilər sidikqovucu effekt verir və orqanizmin susuzlaşmasına gətirib çıxardır. Nəticədə isə böyrəklər əziyyət çəkir.