Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib VİDEO


Digərləri 03 Fev 2018 19:28:00 241 0

Mingəçevirdə 5 yaşlı uşağı it dişləyib  VİDEO

Mingəçevir şəhərində it 5 yaşlı uşağa çoxsaylı xəsarətlər yetirib.

Hadisə şəhərin "Şəfa" yaşayış massivində baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 2013-cü il təvəllüdlü Əliyev Rəvan Tofiq oğlu küçədə oynayarkən itin hücumuna məruz qalıb. Quduzlaşmış heyvan onun baş və qol nahiyələrinə xəsarətlər yetirib.

Ağır xəsarətlər alan azyaşlı təcili xəstəxanaya çatdırılıb. Yaralıya tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.