Suriyanın İdlib vilayətində hərbi təyyarə vurulub


Dünya 03 Fev 2018 19:19:13 249 0

Suriyanın İdlib vilayətində hərbi təyyarə vurulub

Təyyarənin kimə məxsus olduğu məlum deyil

Suriya silahlı müxalifəti şənbə günü İdlib şəhəri yaxınlığında hərbi təyyarə vurduğunu bəyan edib.

“Report” xəbər verir ki, bu barədə "Sky News Arabia" peyk telekanalı məlumat yayıb.

Döyüş təyyarəsinin raketlə vurulduğu bildirilir. Digər təfərrüatlar, o cümlədən hava gəmisinin məhz kimə məxsus olması barədə məlumat yoxdur.