Afrində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb


Dünya 03 Fev 2018 17:58:49 301 0

Afrində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb

Terrorçuların atdığı raket Afrin bölgəsində yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb

Suriyanın Afrin bölgəsində terroçuların açdığı atəş nəticəsində Türkiyənin daha 1 əsgəri şəhid olub, 5-i isə yaralanıb.

“Report” “Hürriyət”ə istinadən xəbər ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, terrorçuların atdığı raket Afrin bölgəsində yerləşən Burseya dağının ətəklərində olan müşahidə qülləsinə düşüb.

Yaralı əsgərlərdən birinin vəziyyəti ağırdır. Yaralanan əsgərlər təcili tibbi yardım maşınları ilə Türkiyənin Kilis Dövlət Xəstəxasına yerləşdiriliblər.