"Boşananda onu lüt evdən göndərəcəm, hər şey mənimdir" Rəmişin arvadı VİDEO


Şou-biznes 03 Fev 2018 17:06:00 295 4

"Boşananda onu lüt evdən göndərəcəm, hər şey mənimdir"  Rəmişin arvadı  VİDEO

Son.az bildriir ki, ARB TV-nin "Səhər-səhər" verilişinin qonağı Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub.

Gülü xanım bildirib ki, Rəmişin qohumları onun mal-mülkünə göz dikib:

"İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir".

Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib:

"Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram. Onu bağçaya mən aparıb-gətirmişəm. O vaxtdan məni çox istəyir. Atası mənim müəllimim idi. Bunun elə ilk məhəbbəti də, son məhəbbəti də mən olmuşam.