Azərbaycan bank sektorunun məcmu öhdəlikləri 19% azalıb


İqtisadiyyat 03 Fev 2018 15:36:51 306 4

Azərbaycan bank sektorunun məcmu öhdəlikləri 19% azalıb

Bank və qeyri-bank kredit təşkilatlarının mərkəzləşmiş öhdəlikləri 5,719 mlrd. manata düşüb

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları və bank olmayan kredit təşkilatlarının (BOKT) Mərkəzi Bank (AMB) qarşısında öhdəlikləri 2018-ci il yanvarın 1-nə 5 718,5 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, öhdəliklərin həcmi dekabrın 1-nə olan analoji göstərici ilə müqayisədə 830,5 mln. manat və ya 12,68% azalıb. Ötən ilin əvvəlinə nisbətən AMB-nin bank və BOKT-lara tələbi 1 328,3 mln. manat və ya 18,85% azalıb.

Qeyd edək ki, bankların AMB qarşısında öhdəliklərinin indiyədək maksimal həddi 2016-cı ilin oktyabrında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. Ötən ilin dekabr ayında kommersiya banklarının AMB qarşısında və xarici öhdəlikləri 1 023,2 mln. manat azalıb.