Polis zabiti ofisiantı oturduğu masaya çağırıb şillələdi


Dünya 03 Fev 2018 14:00:00 385 0

Polis zabiti ofisiantı oturduğu masaya çağırıb şillələdi

Türkiyənin Karaman rayonunda polis rəisinin müavini E.E. üç məsləkdaşı ilə getdiyi kafedə onlarla maraqlanmadığını hesab etdiyi ofisiantı şillələyib, mübahisə etdiyi sahibkarı isə yumruqlayıb, başına tapança sıxıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, hadisə iş yerindəki təhlükəsizlik kamerasına tuş gəlib.

Polis rəisi E.E.-nin tapançanı çıxarıb restoran sahibinin başına söykədiyini görən digər müştərilər qorxu və həyəcan içində çölə qaçıblar.

Hadisə 28 yanvar, axşam saatlarında qeydə alınıb


Xəbərə aid fotolar