Konte "Chelsea"dən ayrılmaq istəyir


İdman 03 Fev 2018 12:38:00 345 0

Konte "Chelsea"dən ayrılmaq istəyir

“Chelsea”nin baş məşqçisi Antonio Konte ölkəsinə qayıda bilər.

Goal.az xəbər verir ki, təcrübəli mütəxəssis yenidən İtaliya millisinin “sükanı arxası”na keçməkdə maraqlıdı.

Bunu İtaliya Futbol Federasiyasının rəsmisi Roberto Fabbritsini də təsdiqləyib. Onun sözlərinə görə, bu yaxınlarda Romada olan 49 yaşlı çalışdırıcı İngiltərəyə və Premyer Liqaya uyğunlaşmaqda çətinlik çəkir. Fabbritsini onun yaxın gələcəkdə yenidən “Skuadra Adzurra”ya təyinatının sürpriz olmayacağı qənaətindədir.

Qeyd edək ki, Antonio Konte 2014-2016-cı illərdə İtaliya millisini çalışdırıb.