Qaxdan "əziyyətlə" yığıb Bakıya satmağa gətirirmiş Polislər işə "haram" qatdılar FOTO


Digərləri 03 Fev 2018 12:15:00 293 0

Qaxdan "əziyyətlə" yığıb Bakıya satmağa gətirirmiş  Polislər işə "haram" qatdılar  FOTO

Keçmiş məhkumluq ona dərs olmayıb

Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq Bakıya gətirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilən əməliyyat nəticəsində Səbail rayonu, "20-ci sahə" adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan idman çantasının içərisində külli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.


Xəbərə aid fotolar