"Kəpəz"in Türkiyə toplanışı başa çatdı


İdman 03 Fev 2018 12:17:00 261 0

"Kəpəz"in Türkiyə toplanışı başa çatdı

Yanvarın 18-dən Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz” hazırlıq prosesini yekunlaşdırıb. 

Goal.az xəbər verir ki, bu gün səhər məşqi ilə 16 günlük Antalya toplanışı başa çatıb. Komanda bu gün vətənə qayıdacaq.

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsini qardaş ölkədə keçən “sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, dörd yoxlama oyununa çıxıb. Gəncə klubu yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya - 1:1), 25-də “Daejeon Citizen” (Cənubi Koreya – 1:0), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa – 1:8) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya – 2:0) klubları ilə qarşılaşıb.