Sumqayıtda yolu keçən 47 yaşlı piyadanı maşın vurub


Sosial 03 Fev 2018 11:17:58 273 0

Sumqayıtda yolu keçən 47 yaşlı piyadanı maşın vurub

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər

Sumqayıt şəhərində yolu keçən 47 yaşlı piyadanı maşın vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1971-ci il təvəllüdlü Əli Canbala oğlu Alxasov yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.