Amaşovun adından saxta vəsiqə payladılar FOTO


Digərləri 03 Fev 2018 11:00:00 331 0

Amaşovun adından saxta vəsiqə payladılar  FOTO

Mətbuat Şurasının sədri Əflatun Amaşovun adından saxta vəsiqələr hazırlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Şuranın üzvü Əvəz Rüstəmov sosial şəbəkədə məlumat paylaşıb. Vəsiqələrdə qaynar-xett.az saytının əməkdaşları kimi Fəxrəddin Rzayevin, Zərifə Mirzəyevanın adları qeyd olunub. 

Bundan əlavə MŞ sədrinin adından da vəsiqələrə saxta imza atılıb. Bu məsələyə görə həmin sənədi düzəldənlərin qanun qarşısında cavab verəcəkləri bildirilib.


Xəbərə aid fotolar