Neft ucuzlaşdı
Dünya 03 Fev 2018 10:20:00 433 0
Dünya birjalarında neft ucuzlaşıb.
Son.az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,35 dollar və ya 0,53% azalaraq 65,45 dollar təşkil olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,17 dollar və ya 1,54% ucuzlaşaraq 68,58 dollar təşkil edib.
Mənbə: milli.az