Toliki insan alverində ittiham etdi "Hacılara, "məmurlar"a..."


Şou-biznes 03 Fev 2018 10:16:00 425 0

Toliki insan alverində ittiham etdi  "Hacılara, "məmurlar"a..."

Ötən gün "Hər şey daxil" verilişininin aparıcısı Tarix Əliyevin (Tolik) canlı efirdə xalq artisti Nazpəri Dostəliyevanın başına tac qoyması qalmaqala səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tolikin bu addımına etiraz edən şəxslərdən biri müğənni Nadir Qafarzadə olub.  İfaçı İnstagram-da mərhum xalq artisti İlhamə Quliyevanın fotosunu paylaşaraq "Mənim ilk və son taclı sənətkarım" şərhini yazıb. 

Daha sonra T. Əliyev İnstagram-da status paylaşaraq N. Dostəliyevaya tac taxmağından narahat olanlara ismarış yollayıb:

"Deyirəm ki, tac taxmağım bəzilərinə yer eləyib. Mən verilişimə çağırılan qonağa istədiyim hədiyyəni verə bilərəm. Nazpəri Dostəliyevanın sənətinə nə olub ki? Bəziləri niyə yanıb tökülür? Əcəb eləmişəm, əlimin içindən gəlir, yaltaqlar!"

Aparıcı-prodüserin sözügedən açıqlamasından sonra Qafarzadə Tolikin ünvanına ağır ittihamlar səsləndirib:

"Deyəsən, ağzımın açılması zamanı gəlib. Oturun yerinizdə! Hacılara, Rusiyada yaşayan pullu kişilərə, "məmurlar"a qız çıxarmamışam. Yəni, "Papa Karlo"luq etməmişəm. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətləri açıb söyləmək zamanı gəlib. Qadın müğənnilərini satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı düşünün. Vaxt gələndə adınız bir çox cinayətlərdə hallanacaq. Mən dəliyəm, məndə "tormoz" yoxdur. İlhamə xanımı sizin şantajlarınız öldürdü. Evlər yıxanlar, hərəkətlərinizdən utanın.