Amerikalı həmsədr bu gün Bakıya gələcək


Siyasət 03 Fev 2018 09:57:00 259 0

Amerikalı həmsədr bu gün Bakıya gələcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer bu gün Azərbaycana gələcək.

Son.az xəbər verir ki, bu barədə report-a diplomatik mənbələrdən məlumat verilib.

Minsk qrupunun Rusiya və Fransadan olan həmsədrləri - İqor Popov və Stefan Viskonti isə fevralın 6-da Bakıda olacaqlar. Diplomatlar fevralın 7-də Azərbaycan rəsmiləri ilə görüşəcəklər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri fevralın 8-9-da Ermənistana səfər edəcəklər. Diplomatlar eyni zamanda Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də baş çəkəcəklər.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində