Musiqili Teatrın gənc solisti “İlin aktrisası” seçilib


Digərləri 03 Fev 2018 09:47:11 181 0

Musiqili Teatrın gənc solisti “İlin aktrisası” seçilib

Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənən gəncləri mükafatlandırıb

Gənclər və İdman Nazirliyi 2 Fevral - Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənən gəncləri mükafatlandırıb.

Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "İlin gənc aktrisası” nominasiyasında mükafata teatrın solisti Aydan Həsənova layiq görülüb. 

Qeyd edək ki, A.Həsənova karyerası ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun”(Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin "Baladadaşın toy hamamı”(Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının ”Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında rol ifa edib. 

O, 2016-ci ildə Yekatrinburqda keçirilən V.Kuroçkin adına “Gənc Operetta və MusiqiliTeatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-cü ildə isə, Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusimükafata layiq görülüb.