Bakıda 31 yaşlı kişi bıçaqlanıb


Digərləri 03 Fev 2018 08:58:00 250 0

Bakıda 31 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Məmmədov Söhbət Məzahir oğlu Səngəçal qəsəbəsində tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı o, döş qəfəsindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralının vəziyyəti orta ağırdır.