Rusiyada 3,5 milyon insan onkoloji xəstəlikdən əziyyət çəkir


Dünya 03 Fev 2018 08:30:00 277 0

Rusiyada 3,5 milyon insan onkoloji xəstəlikdən əziyyət çəkir

Rusiyada 3,5 milyon insan onkoloji xəstədir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə TASS agentliyi Moskvanın Gertsen adına Elmi-Tədqiqat Onkologiya İnstitutunun direktoru A. Kaprinə istinadən məlumat yayıb. O, bildirib ki, xəstəliklərin miqdarı artır.

2016-cı ildə 600 min yeni xəstə aşkar edilib. Rusiyada 3,5 milyon insan artıq təxminən beş ildir dispanser müşahidəsindədir.

Ölkədə və dünyada xəstələnənlərin sayı artır. "Biz ölüm faizini saxlamağa və bir qədər lokallaşdırmalar üzrə onu azaltmağa müvəffəq oluruq. Müalicənin birinci ilində ölüm sayı 27%-ə enib. Söhbət bizim onu daha erkən mərhələlərdə aşkar etməyə başlamağımızdan, həmçinin müalicəni gücləndirməyimizdən gedir", - deyə o bildirib.