Misirdə ağır qəza: 11 ölü, 32 yaralı


Dünya 03 Fev 2018 08:02:00 242 0

Misirdə ağır qəza: 11 ölü, 32 yaralı

Misirdə ağır yol qəzası olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Infotel" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Qahirədən cənubda, Minya vilayətində qeydə alınıb. Belə ki, bir neçə avtomobilin toqquşması nəticəsində 11 nəfər ölüb, daha 32 nəfər xəsarət alıb.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.