Ankarada baş verən partlayış terror aktı olub


Dünya 03 Fev 2018 08:04:00 248 0

Ankarada baş verən partlayış terror aktı olub

Ankara Vergi İdarəsində dünən baş verən və 3 nəfərin xəsarət alması ilə nəticələnən partlayış terror aktı idi.

Son.az Trend-ə istinadən bildirir ki,  bu barədə Ankara valisi Ercan Topaca deyib.

Partlayışın, bomba mexanizmindən istifadə edilərək gerçəkləşdirildiyi aşkar edilib. Bombanı quraşdıran şəxs öldürülərək ələ keçirilib. Hadisə ilə bağlı 8 nəfər saxlanılıb.

Terror hücumunda PKK/YPG-in izi olduğu bildirilir.

Polis və xüsusi xidmət orqanları, partlayışdan sonra, təhlükəsizlik kamerası görünütülərini araşdırıb. Görüntülərdə, bir nəfərin partlayıcı qurğu olan çantanı Vergi İdarəsinin girişinə qoyduğu müəyyən edilib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bombanı vergi dairəsinin girişinə qoyan, 1991-ci il təvəllüdlü Ersen Ertogan öldürülüb.