Məktəb avtobusu qəzaya uğradı, 8 nəfər yaralandı


Dünya 03 Fev 2018 08:07:00 292 0

Məktəb avtobusu qəzaya uğradı, 8 nəfər yaralandı

Kanadada məktəb avtobusu mini-venlə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində ən azı səkkiz nəfər xəsarət alıb.

İnsidentin Toronto şəhərinin 125 kilometrliyində qeydə alındığı bildirilir.

Məlumata görə, yaralılar vertolyotlarla xəstəxanaya çatdırılıb.